Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin yazında İrəvana səfər edəcəklər.
BUTA.TV xəbər verir ki, bu iddia ilə Ermənistanın “Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyan çıxış edib. Onun sözlərinə görə, liderlərin gəlişi Avropa Siyasi Birliyi Sammiti çərçivəsində nəzərdə tutulur. O əlavə edib ki, sammitə həmçinin ABŞ Prezidenti Donald Trampın dəvət olunması üçün diplomatik səylər davam etdirilir.
Babacanyan qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin sammitdə iştirakı regionda dialoqun güclənməsi və sülhün möhkəmlənməsi baxımından mühüm addım ola bilər.
Qeyd edək ki, sülh prosesi başladıqdan sonra Azərbaycan və Ermənistan liderlərinin qarşılıqlı səfərləri gündəmə gəlsə də, hələ ki buna rəsmi səviyyədə reaksiya verilməyib. Lakin ekspertlər bildirirlər ki, sülh imzalandıqdan sonra sözügedən səfərlərin baş tutuması üçün əngəl qalmayacaq.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək