Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə ötən gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar. Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.
Məlumata görə, A. Əhmədzadə yarışın keçirildiyi əraziyə "Maybak" markalı "77-AA-555" dövlət qeydiyyatı nişanlı avtomobili ilə gəlibmiş.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək