Sentyabrın 23-dən 25-dək Rusiyanın sərhəd gözətçi gəmisi Bakı limanına səfər edəcək. Proqrama Rusiya və Azərbaycanın sərhəd xidmətləri arasında təmaslar daxildir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Rusiya Federal Təhlükəsizlik Xidmətinə məxsus “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi sentyabrın 23-dən 25-dək Bakı limanına səfər edəcək. Səfər təsdiq edilmiş ikitərəfli əməkdaşlıq planlarının bir hissəsidir. Proqrama Rusiya və Azərbaycanın sərhəd xidmətləri arasında ilk növbədə Xəzər dənizində ikitərəfli əməkdaşlığın müzakirəsi üçün təmaslar daxildir”, - o deyib.
Zaxarovanın sözlərinə görə, Rusiya sərhədçilərinin Bakıya səfəri təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi və Xəzər regionunda praktiki əməkdaşlığın gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklərə dəlalət edir.
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı