Almaniyada yaşayan azərbaycanlı həkim yüksək vəzifəyə təyin edilib.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, dosent Xəyal Qasımlı Frankfurt şəhərində yerləşən “Hospital zum Heiligen Geist” xəstəxanasının ginekologiya və mamalıq klinikasının baş həkimi olub.
Xəyal Qasımlı bundan əvvəl Frankfurt Universitet Xəstəxanasının ginekologiya və mamalıq klinikasında şöbə müdiri vəzifəsində çalışıb. O, yeni təyinatla yanaşı, universitet xəstəxanasındakı fəaliyyətini də davam etdirəcək.
Azərbaycanlı mütəxəssis ginekoloji onkologiya xəstələrinin əməliyyatlarını, robotik cərrahiyyəni və elmi-tədqiqat işlərini uğurla həyata keçirir.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək