Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova vəzifəsindən azad edilib. O, bundan sonra qurumun yeni yaradılan Vətəndaşlıq və Xarici Vətəndaşların Qeydiyyatı Xidmətinin rəis müavini vəzifəsin icra edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Xronika Kavkaz” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, o bu vəzifəyə Rusiya Prezidenti Vladimir Putinin sərəncam ilə təyin olunub.
Məlumata görə, Kazakovanın bundan sonra DİN-də əsas qərarları qəbul etməsi gözlənilmir və onun fəaliyyəti daimi nəzarətdə olacaq.
Bildirilir ki, Kazakovaya miqrasiya sahəsindəki uğursuzluqlar, Azərbaycan diasporu ilə əlaqələri, eləcə də iş adamı Araz Ağalarovun restoranında qızının toyunu təşkil etməsi xatırladılıb.
Onun məhz Araz Ağalarovla sıx əlaqələrinin olması və Azərbaycan diasporu ilə yaxınlığı səbəbindən vəzifəsinin “vurulduğu” deyilir.
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu