Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Bakıda təşkil olunan "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin sentyabrın 15-də "Yüksək səviyyəli Müşahidəçi Günü" keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tədbirdə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, nazirliyin digər vəzifəli şəxsləri, eləcə də iştirakçı ölkələrdən olan yüksək səviyyəli qonaqlar və Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər iştirak ediblər.
Əvvəlcə ərazinin maketi üzərində təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və icra olunma ardıcıllığı barədə məlumat verilib.
Sonra təlim poliqonunda digər qoşun növləri ilə qarşılıqlı əlaqədə xüsusi əməliyyat tapşırıqları icra olunub.
Təlimin yekununda iştirakçı ölkələrin bayraqları ilə paraşüt tullanışları həyata keçirilib.
Baş Qərargah rəisi təlimin gedişatını və hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib, iştirakçılara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Keçirilən təlimin dost və müttəfiq ölkələrin xüsusi təyinatlıları arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, "Sonsuz qardaşlıq - IV" təlimində Belarus, İtaliya və Macarıstan respublikalarının nümayəndə heyəti müşahidəçi qismində iştirak edib.
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı