Ermənilər Azərbaycanın Qarabağ İqtisadi Rayonuna qayıtmağa hazır deyillər.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Lilit Minasyan bildirib.
Ermənistan müxalifətinin ermənilərin Rusiya pasportu ilə Qarabağa gedib yaşamağa hazır olub-olmaması ilə bağlı onlayn apardığı sorğular barədə suala deputat belə cavab verib:
“Onların halına acıyıram. Hələ də Rusiya pasportuna bel bağlayan müxalifətimiz var. “Bunu necə edə bilərlər? Belə də alçaqlıq olar?”.
Minasyanın sözlərinə görə, heç bir erməni Qarabağda yaşamağa hazır deyil və belə bir şey mümkünsüzdür.
Hakim partiyanın üzvü müxalifətin Ermənistan-Azərbaycan sülh razılaşması və Zəngəzur dəhlizi ilə bağlı saxta tezislərinin də alt-üst olduğunu qeyd edib:
“Müxalifət hər dəfə saxta tezislər irəli sürəndə ortalığa sənədlər çıxır və onların bu saxta iddiaları alt-üst olur. Biz hara getdiyimizi dəqiq bilirik”.
Xatırladaq ki, ermənilər 2023-cü ilin payız aylarında könüllü olaraq Azərbaycanın bu bölgəsini tərkib ediblər.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır