ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Azərbaycanın alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi X hesabında məlumat yayıb.
Qeyd edilib ki, tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq perspektivləri, Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı müzakirələr aparıblar.
"Biz ABŞ-ın, Prezident Donald Trampın bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin təşviqindəki rolunu yüksək qiymətləndiririk", - deyə paylaşımda qeyd edilib.
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu