Ermənistanda bəzi sadəlövhlər inanırlar ki, Ukraynada müharibə bitdikdən sonra Rusiya yenidən Qarabağı Azərbaycandan alıb bizə verəcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Vahram Atanesyan deyib.
Jurnalist bunun heç vaxt baş verməyəcəyini bildirib:
“Keçən həftə Putin almanlara söylədi ki, Stalin onların torpaqlarını Polşaya verib. Almaniya Kansleri Merts çox sərt cavab verdi ki, Putin Avropa müharibəsini qızışdırır. Ermənistanda isə Rusiyanın Ukraynadakı müharibədən sonra yenidən Qarabağı alıb bizə verəcəyinə inanan və bizi də əmin edən sadəlövh insanlar var. Belə bir şey heç vaxt olmayacaq. Bununla (Qarabağı yenidən işğal etməyə cəhd göstərməklə - red.) ancaq ölkəni yenidən ətçəkən maşına atmaq olar. Başqasının rifahı naminə...”.
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu