Rusiya Azərbaycan və Ermənistanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun buraxılması ilə bağlı birgə qərarını dəstəkləyir, qrupun 2025-ci ilin dekabrına qədər tamamilə ləğv edilməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç RBK-ya bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, söhbət üç institutun - Minsk qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vəzifəsinin və yüksək səviyyəli planlaşdırma qrupunun fəaliyyətinin dayandırılmasından gedir.
"Bu institutların saxlanılmasının məqsədəuyğun olmaması ilə bağlı tərəflərin (Azərbaycan və Ermənistanın) mövqeyini nəzərə alaraq, onların buraxılmasına mane olmaq üçün əsas görmürük", - Lukaşeviç bildirib.
O qeyd edib ki, əgər sentyabrın 1-dək heç kim qrupun buraxılmasına etiraz bildirməsə, "qərar qəbul edilmiş hesab olunacaq".
"Nəzərə almaq lazımdır ki, bu qərarın icrası ilə bağlı inzibati və maliyyə tədbirlərinin həyata keçirilməsi bir neçə ay vaxt aparacaq. ATƏT-də bu işlərin bu ilin dekabrından gec olmayaraq başa çatdırılacağına ümid edirlər", - Rusiyanın daimi nümayəndəsi vurğulayıb.
- Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxladı
- Azərbaycanda bələdiyyə sədri ilə bağlı cinayət işi açıldı
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi