Biz normallaşma üçün imkan yarandığını görəndə yardımçı olmağa çalışırıq. Türkiyə ilə İsrail arasında normallaşmanın birinci mərhələsində Azərbaycanın rolu hər iki ölkə tərəfindən qiymətləndirilib.
BUTA.TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.
"Bilirsiniz ki, İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər etdi. Biz şad olduq ki, iki ölkə arasında ümumi dil tapılır. Hazırda isə Türkiyə ilə İsrail arasında münasibətlər hər zaman olduğundan daha gərgindir. Ona görə də əgər bizdən kömək etmək xahiş olunsa, biz bunu edərik. Əgər edilməsə, ola bilsin ki, biz, sadəcə olaraq, ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq. Çünki ən mühüm olanı təhlükəsizlikdir. Biz təhlükəsizliyin dəyərini çox yaxşı bilirik. 30 ildən çox müddətdə müharibə şəraitində, müharibənin müxtəlif formalarında yaşamışıq. Bu, sizi tamamilə bununla məşğul olmağa vadar edir", - deyə dövlət başçısı əlavə edib.
- Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxladı
- Azərbaycanda bələdiyyə sədri ilə bağlı cinayət işi açıldı
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi