Alyaskada gözəl və çox uğurlu gün oldu. Rusiya Prezidenti Vladimir Putinlə görüş çox yaxşı keçdi, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski və yüksək hörmətli NATO Baş katibi də daxil olmaqla müxtəlif Avropa liderləri ilə gecə telefon danışığı oldu.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Alyaska görüşünə münasibətdə qeyd edib.
“Hamı razılaşdı ki, Rusiya və Ukrayna arasında dəhşətli müharibəyə son qoymağın ən yaxşı yolu sadəcə atəşkəs razılaşması deyil, müharibəyə son qoyacaq sülh razılaşmasına birbaşa keçməkdir”, - Tramp bildirib.
ABŞ prezidenti deyib ki, Prezident Zelenski bazar ertəsi Vaşinqtonda Oval Ofisə gələcək:
“Hər şey yaxşı olarsa, biz prezident Putinlə görüş təyin edəcəyik. Bu potensial olaraq milyonlarla insanın həyatını xilas edə bilər”.
Donald Trampın atəşkəs razılaşmasının imzalanmasından çox, sülh sazişi ilə bağlı hədəfi dilə gətirməsi maraqla qarşılanıb.
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə
- Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar - Video
- TuranBank İsveçrənin bu fondu ilə əməkdaşlığa başladı
- Aydın Dəmirovun 2,8 milyonluq əmlakı müsadirə olundu - Foto
- Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?