Nikol Paşinyan öz administrasiyasının rəhbəri Arayik Arutyunyana İran Prezidenti Məsud Pezeşkianla görüş üçün Ermənistanla ABŞ arasında yeni sazişlərlə bağlı “İranın narahatlığını azaldacaq” əsaslandırmalar hazırlamağı tapşırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Mənbəmiz qeyd edir ki, Paşinyan Pezeşkiana Ermənistan sərhədləri yaxınlığında Amerikanın deyil, Azərbaycan və Türkiyənin hərbi fəallığının artacağına dair faktlar təqdim etməyi təklif edib.
Onun fikrincə, belə yanaşma görüşün gündəmini və qonşumuzun Vaşinqton razılaşmalarına münasibətini dəyişə bilər.
Yeri gəlmişkən, dünən Paşinyan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Vladimir Putin, Məsud Pezeşkian, Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron və İordaniya kralı ilə telefon danışığı aparıb. Təbii ki, o, hesabat verib və Vaşinqton sənədlərinin yaratdığı təəssüratı qismən yumşaltmağa və həmsöhbətlərini əmin etməyə çalışıb ki, onların maraqlarına heç bir təhlükə yoxdur”, - nəşr yazıb.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır