Avqusutun 1-də Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli öz sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Helsinki Yekun Aktının 50-ci ildönümünü qeyd edən ATƏT sədrliyi qurumun prinsiplərinin qüvvədə qaldığını və ATƏT-in regionunda təhlükəsizlik və sabitliyin əsasını təşkil etməli olduğunu bir daha vurğulayıb.
Buna etiraz edən Azərbaycan nümayəndə heyətinin bəyanatında qeyd olunub ki, ATƏT-in faəliyyətsizliyi fonunda Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməli olub:
"ATƏT münaqişənin həlli ilə bağlı mandatını yerinə yetirmək missiyasını həyata keçirməsə də, Azərbaycan ədaləti və öz ərazi bötüövlüyünü bərpa edərək Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaratdı".
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi