TASS informasiya agentliyi Xankəndidə rusiyalı marinist rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı yazının sərlövhəsində dəyişiklik edib.
BUTA.TV xəbər verir ki, agentlik “Stepanakert” sözünü “Xankəndi” yox, “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzləyib.
Xatırladaq ki, artıq Azərbaycan Respublikası ərazisində “Dağlıq Qarabağ” adlı yer yoxdur. Hətta Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vurğulayıb.
Qeyd edək ki, dünən TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli yazı etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi də xəbərdarlıq edərək, TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözlədiyini bildirmişdi.
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi