Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktında insanları müdafiə etməyə çalışarkən həlak olan azərbaycanlı Vüqar Hüseynovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq fərman hüquqi aktlar portalında dərc olunub.
"Hüseynov vətəndaş borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə təltif edilib, - fərmanda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Moskvanın Vnukovo rayonunda sakinlər hava limanının işçiləri olan Vüqar Hüseynov və onun həyat yoldaşı Lilit adlı ölən qonşularının avtomobilindən xatirə abidəsi düzəldiblər. Konsert zalına hücum zamanı Hüseynov insanları xilas etmək üçün bar masalarından barrikadalar düzəltməyə çalışsa da, o və həyat yoldaşı güllələnib. Cütlükdən azyaşlı uşaq yadigar qalıb.
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi