Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.
Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.
Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü