Zəngəzur dəhlizinin açılması onun marşrutu boyunca yerləşən ölkələrə xeyli fayda verəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin analitik hesabatında deyilib.
“Dəhliz Azərbaycandan Türkiyəyə marşrutu qısaltmağa imkan verir. Mövcud Bakı-Tiflis-Qars marşrutu çərçivəsində yük qatarları Gürcüstan ərazisindən təxminən 250 km məsafə qət edir. Yeni marşrut xeyli qısaldılıb: Azərbaycanla sərhəd Ağbənd kəndinə gedən yolların tikintisi başa çatdıqdan sonra Azərbaycanla Türkiyə arasında məsafə 343 kilometr qısalacaq. Bu, vaxta və maliyyə xərclərinə qənaətə gətirib çıxaracaq, həmçinin Gürcüstandan keçən marşrutla müqayisədə malların çatdırılma müddətini təxminən bir gün azaldacaq”, — bildirilib.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü