Müğənni Nigar Camal "Dream Feast" festivalında səhnə çıxışı ilə yanaşı geyim seçimi ilə də diqqət mərkəzinə gəlib.
BUTA.TV xəbər verir ki, sənətçi tədbirdə firuzəyi rəngli xalının üzərinə transparan geyimdə çıxaraq iştirakçılar arasında ən çox danışılan simalardan birinə çevrilib. Onun bu görünüşü sosial mediada ciddi rezonans doğurub. İzləyicilər arasında fikir ayrılığı yaranıb. Bəziləri 44 yaşlı ifaçının formada qalmasını və cəsarətli görünüşünü təqdir etsələr də, çoxluq bu geyimi yerinə uyğun hesab etməyərək sərt tənqid edib.
Sosial şəbəkələrdə yayılan görüntülərə çoxsaylı şərhlər gəlib. İzləyicilər "Bir dənə də hit mahnısı yoxdur, ancaq lüt gəzməklə gündəmdə qalır", "Bayağı və vulqar görünür", "Özünü Ceylo sayır", "Deyəsən dənizdən birbaşa festivala gəlib", "Ondansa, lüt çıxardın daha yaxşıydı" kimi ifadələrlə müğənnini tənqid atəşinə tutublar.
Qeyd edək ki, Nigar Camalın yeni təqdim etdiyi "Axtarmasan" adlı klipi də izləyicilər tərəfindən tənqid atəşinə tutulmuşdu.
Videonu təqdim edirik:
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü