“Mən 8 il Moskvada oxumuşam. Bu baxımdan, mənim münasibətim ikilidir. Məsələn, Türkiyədə olanda elə gün olmur ki, mənə desinlər ki, azərbaycanlılar bizim qardaşımızdır. 8 il ərzində Moskvada bunu mənə heç kim deməyib. Elə gün olmurdu ki, mən şovinistliklə rastalşmayım. Amma biliyi də oradan aldım. Ona görə də mənim münasibətim çox ikilidir”.
BUTA.TV xəbər verir ki, bu barədə kinorejissor Ayaz Salayev TV Müsavata müsahibəsində danışıb. O, Rusiya prezidenti Vladimir Putin “Dövlət dil siyasətinin əsasları”nı təsdiq edən fərmanını kəskin şəkildə tənqid edib:
“Putinin fərmanına tüpürüm. Rus dilinin qorunması bizim təşəbbüsümüz olmalıdır, onun fərmanına dəxli yoxdur. Bu bizim daxili işimizdir, özümüz bilərik. Ad çəkmək istəmirəm, bəzi rusdilli adamlardan mənim zəhləm gedir. Mən onların rəqibiyəm. Bəzən görürəm ki, mənim adımı hansısa kampaniyanın, qrupun içərisində səsləndirirlər. Müəyyən məsələlərə görə biz bir-birimizə qarşı olmuşuq. Mən onlarla bir qrup deyiləm. Mən vətənpərvər adamam, hətta bəzi şeylərdə millətçi adamam. Hazırda Azərbaycan yeni bir tarixi yol ərəfəsindədir. Mən dilçi deyiləm, kinomotoqrafçıyam. Bəzi adamlar deyir ki, rusdilli məktəbləri bağlamaq lazımdır, onlar milləti parçalayır. Hər şey vəhdətdə olmalıdır”
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü