Rumıniyanın və Bolqarıstanın nüfuzlu media orqanlarının yaydığı məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasından rəsmi etiraf tələb edib. Qeyd olunur ki, Prezident bu barədə Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı danışıb.
BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, Rumıniya media orqanları o cümlədən, AGEPRES milli xəbər agentliyi, “Evenimentul Zilei” və “Mediafax”, həmçinin Bolqarıstanın BTA xəbər agentliyi, “24 chasa” və digər nəşrlər bildirirlər ki, dövlət başçısı Rusiyanın Azərbaycanın sərnişin təyyarəsini vurduğunu rəsmi şəkildə qəbul etməsini vacib hesab edir.
Rumıniya və Bolqarıstan mətbuatı bu hadisəni geniş şəkildə işıqlandırmaqla yanaşı, Prezident İlham Əliyevin çıxışını regionda təhlükəsizlik və beynəlxalq hüquq baxımından vacib çağırış kimi qiymətləndirir.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü