Azərbaycan ABŞ-la yenidən dost münasibətlərinin olacağına ümid edirik.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.
“Bizim nümayəndələr əlaqə saxlayır. Hesab edirəm ki, düzgün istiqamətdəyik”.
Dövlət başçısı qeyd edib ki, ABŞ-nin əvvəlki administrasiyası əlaqələri uçuruma aparıb.
“Ukrayna məsələsində ərazi bütövlüyünə dəstək verirdilər, amma bizə belə münasibət yox idi. Bayden dövründə dost hesab edilməyən addımlar atılırdı”.
Döğvlət başçısı qeyd edib ki, bir çox məsələlər bizi birləşdirir.
"Tramp administrasiyası ilə əlaqələr yaxşıdır. Ümid edirik müsbət tendensiyalar davam edəcək. Artıq bu görünür. Cənubi Qafqazda proseslərdə Amerikanın iştirakını görürük. Onlar Ermənistan Azərbaycan arasında uzunmüddətli münaqişənin həllinə töhfələrini verməyə çalışırlar. Düşünürəm ki, gələcəkdə biz daha çox xəbərləri eşidəcəyik”.
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı