İyulun 23-26-da Bakıda keçiriləcək “Dream Fest” musiqi festivalının proqramında, o cümlədən aparıcıların tərkibində dəyişiklik edilib.
BUTA.TV xəbər verir ki, bu barədə festivalın mətbuat xidmətindən RBK-ya bildirilib.
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 29 iyun tarixli rəsmi xəbərdarlığı ilə əlaqədar festivalın proqramına, o cümlədən aparıcıların tərkibinə dəyişiklik edilib”, - məlumatda deyilib.
Qeyd edək ki, tədbirin aparıcıları rusiyalı artistləri - Regina Todorenko və Miloş Bikoviçi azərbaycanlı aktyor və teleaparıcı Murad Dadaşov, eləcə də prodüser və teleaparıcı Hüsniyə Məhərrəmova əvəzləyib.
Xatırladaq ki, “Dream Fest”in təşkilatçısı azərbaycanlı və rusiyalı artist, eləcə də iş adamı Emin Ağalarovdur.
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?