ABŞ dövlət katibi Bakıda - Tarixi Video

ABŞ dövlət katibi Bakıda - Tarixi Video

Tarix: Siyasət

Yutub sosial platformasında ABŞ Dövlət katibi Ceymz Beykerin Azərbaycana səfərini əks etdirən video diqqət çəkib.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, görüntülərdə dövlət katibini 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov, xarici işlər naziri Hüseynağa Sadıqov, Prezident Aparatının rəhbəri Mikayıl Nəzərovun qarşıladığı görünüb.

Məlumata görə, C.Beyker həmin zaman (1992-ci ilin fevralın 13-ü) Bakıya ölkəmizin müstəqilliyini tanımaq, diplomatik əlaqələr yaratmaq məqsədilə səfər edib.

34 il əvvələ aid olan kadrlar sosial medianın Azərbaycan seqmentində yenidən gündəmə gəlib və maraqla qarşılanıb.

Sözügedən görüntüləri təqdim edirik: