Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıdan Moskvaya əliboş qayıdıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələrinə yaxın olan VÇK-OQPU Teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, İlham Əliyev Rusiya prezidentinin şəxsi nümayəndəsi ilə görüşdən imtina edib:
“Ötən ilin dekabrında AZAL sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması faktının tanınması ilə bağlı Azərbaycanın ilkin olaraq irəli sürdüyü şərtlər hələ də qəbul olunmayıb. Kurenkovun Azərbaycan paytaxtında olduğu vaxt yerli məhkəmə rusiyalı jurnalistlərin qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətlərini rədd edib. Formal olaraq nazir Bakıda fövqəladə hallar nazirlərinin dar çərçivədə keçirilən müşavirəsində iştirak edib. Kurenkov Azərbaycan prezidenti ilə qeyri-rəsmi görüş keçirmək niyyətində idi, lakin Moskvaya qeyri-rəsmi dialoqun olmayacağı izah olundu və Aleksandr Kurenkov Azərbaycana səfərinin müddətini qısaltmağa məcbur oldu”.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı