Əliyevlə Paşinyan ona görə Birləmiş Ərəb Əmirliklərində görüşür ki, buranın hər iki ölkəyə yatırımları ildən-ilə artır. Söhbət milyardlarla dollardan gedir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Birləşmiş Ərəb Əmirlikləri Ermənistanın ən böyük investoruna çevrilib. Əbu-Dabi Rusiyanı geridə qoyub, Azərbaycanda da iqtisadi maraqları mövcuddur. Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülh və əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin həyati maraqları içərisindədir. Bu ölkə bununla həm də yatırımlarının təhlükəsizliyini təmin etmiş olur.
Digər tərəfdən Birləşmiş Ərəb Əmirlikləri sülh quruculuğunda qonşularından geri qalmaq istəmir. ABŞ Talibanla razılaşmanı Qətərdə əldə etmişdi, amerikalı diplomatlar iranlı həmkarlarıyla danışıqları Omanda aparırdılar. Birləşmiş Ərəb Əmirlikləri isə özünü Cənubi Qafqazda sülh quruculuğunda sınamaq istəyir”, - deyə politoloq bildirib.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Lənkəranda evləri talayan şəxs saxlanıldı
- Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
- Sabahın hava proqnozu açıqlandı