Rusiya hakimiyyəti tərəfindən repressiyalar bütün təzahürlərdə - həm xarici, həm də daxili siyasətdə, o cümlədən etnik azlıqlara münasibətdə aşkardır.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Avropa Birliyi (AB) rəsmi nümayəndəsi Anita Hipper bildirib.
"Nəticədə zorakılıq, işgəncə və qeyri-insani rəftar baş verir ki, bu da insanların ölümünə səbəb olur", - o qeyd edib.
Azərbaycanlıların vəhşicəsinə öldürülməsi və yaralanması ilə nəticələnən Yekaterinburq hadisələri və digər şəhərlərdə sonrakı reydlərlə bağlı suala cavab verən A.Hipper qeyd edib ki, Rusiya güc strukturları tərəfindən etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar barədə məlumatlarla bağlı narahatlığı daha əvvəl AB-nin Azərbaycandakı səfiri Peter Mixalko ifadə edib.
Onun sözlərinə görə, bu, AB-nin rəsmi mövqeyi ilə tam üst-üstə düşür.
Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Lənkəranda evləri talayan şəxs saxlanıldı
- Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
- Sabahın hava proqnozu açıqlandı