Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası 2026-cı ilin aprelində Bakıda keçiriləcək.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini, ESCAP-in icraçı katibi Armida Salsiah Alişahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qlobal çağırışların artdığı bir dövrdə regional əməkdaşlığın rolu hər zamankından daha vacibdir:
“Bu kontekstdə gələcək müzakirələr üçün üç əsas təklifi vurğulamaq istərdim. Birincisi, milli, subregional və regional səviyyələrdə siyasət uyğunluğunu və koordinasiyanı gücləndirmək məqsədilə regional platformaların qurulması və möhkəmləndirilməsi vacibdir. Məsələn, ECO-nun yeni strategiyası milli iqlim hədəfləri ilə uyğunlaşdırıla bilər.
İkincisi, iqlim dəyişikliyinin ölkələrə təsirini nəzərə alaraq, xüsusilə transsərhəd nəticələrə malik daşqınlar, quraqlıq və buzlaq təhlükələrinə qarşı ortaq risk qiymətləndirmə çərçivəsinin, erkən xəbərdarlıq sistemlərinin və regional cavab koordinasiyasının yaradılması və ya təkmilləşdirilməsi zəruridir.
Üçüncüsü, davamlı və iqlimə davamlı gələcək baxışını əməkdaşlığın bütün sahələrinə inteqrasiya etməli, daha böyük siyasət uyğunluğu və sektorlararası sinerji təmin edilməlidir”.
A. Alişahbana çıxışının sonunda 82-ci ESCAP Komissiya Sessiyasının 2026-cı ilin aprelində Bakıda keçiriləcəyini elan edərək, bu mühüm təşəbbüs və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı