Rusiyada Mərkəzi Asiya ölkələrinin vətəndaşları, ən ağır işlərdə çalışan miqrantlar da aşağılanır, restoranlarına və satış mərkəzlərinə polis hücumları təşkil edilir, onlara işgəncələr verilir. Mərkəzi Asiya ölkələrinin bir qismi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olduqlarından Rusiyaya bir söz deyə bilmirlər. Rusiya prezidenti böyük imperiyanın bərpası vacibliyindən danışırsa, “rus hərbçisinin ayağının dəydiyi hər yer Rusiyadır” deyirsə, bərabərhüquqlu tərəfdaşlıq üçün yer qalmır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Mərkəzi Asiya ölkələri də miqrant vətəndaşlarının döyülməsinə, işgəncə görməsinə heç də sona qədər dözən deyillər:
“Kreml qonşu ölkələri “siz miqrantların pul köçürmələrindən asılısınız” tezisi ilə şantaj edir. Yəni, “miqrantları ölkənizə göndərsəm, iqtisadi vəziyyətiniz ağırlaşacaq”. Halbuki miqrantların sıxışdırılması ilk əvvəl Rusiya iqtisadiyyatına mənfi təsir edəcək. Rusiyanın işçi qüvvəsinə ehtiyacı var, Ukrayna ilə müharibədə ölənlərin sayının artması boş iş yerlərinin sayını daha da artırıb”.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı