“Sputnik Azərbaycan”ın redaksiyasında aparılan əməliyyatda iki FTX əməkdaşının saxlanılması Bakı-Moskva xəttində gərginliyin fərqli fazaya – kəşfiyyat qarşıdurmasına keçməsi kimi qiymətləndirilə bilər. Bu qarşıdurmanın hansı səviyyəyə çatmasını – Rusiya müxtəlif bəhanələrlə adekvat addım atarsa, proses genişlənə də bilər – proqnozlaşdırmaq çətindir, çünki hər iki tərəfin belə bir mübarizəyə nə qədər hazır olması da bəlli deyil.
Burada ən önəmli məqam saxlanılan FTX əməkdaşlarının missiyasının nə olduğu və nəyə hazırlaşmasıdır. Rusiya mediasının Bakı ofisində FTX əməkdaşının müxtəlif adlar altında işləməsi o qədər də təəccüblü deyil. Lakin onların saxlanılmasına təkcə iki ölkə arasındakı mövcud qarşıdurmanın nəticəsi kimi yox, həm də bu qarşıdurmada hazırlanan mümkün təxribatların qarşısının alınması kimi də baxmaq olar. İstisna deyil ki, Bakıda FTX əməkdaşlarının təxribat planları – bu informasiya müstəvisində də ola bilərdi - haqda məlumat olub.
Rusiyanın qarşıdurma vəziyyəti yarananda təxribat qruplarını hərəkətə gətirdiyi faktı təcrübə ilə təsdiqlənib. Ən kəskin dövrlərdən olan 2013-cü ildə Rusiya Azərbaycanın siyasi cameəsində təşkilatlanmanı təşkil etmək məqsədilə Bakıya “xüsusi missionerləri”ni göndərmişdi. Əməkdaşlığa cəlb etmək istədikləri siyasi partiya liderlərindən biri təklifi “qəbul etdikdən” sonra müvafiq qurumlara bu haqda məlumat verməsi ilə plan ifşa olunur. Məndə olan məlumata görə, missioneri “iş başında” – internet klublarının birində Moskvaya məlumatları göndərdiyi vaxt həbs edirlər.
Eyni təxribat ssenarilərinin yenidən tətbiqi istisna edilməməlidir. İnformasiya müstəvisi də daxil olmaqla müxtəlif seqmentlərdə “ip ucları”nı tapmaq da mümkündür.
FTX əməkdaşlarının saxlanılmasında Bakının Moskvaya geri çəkilməyəcəyi mesajı da yer alır.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı