Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA TV”nin məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması zamanı 3 nəfər həyatını itirib. Onlardan ikisinin qardaş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəza zamanı ölənlərin kimliyi məlum olub.
Əldə etdiyimiz məlumata görə, “Mercedes” markalı avtomobildə olan Nicat Qurbanov, onun qardaşı Ceyhun Qurbanov və Elçin Süleymanov hadisə yerində həyatını itirib. Digər “KİA” markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə müxtəlif dərəcəli ağır xəsarətlər alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, B.Qənbərovun vəziyyəti ağır olduğundan o, Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Ziya Əmirxanlı
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı