“Elektron bankçılığa keçid üçün bankların özündə müəyyən hazırlıq işləri görülməlidir. Bunun üçün müəyyən maliyyə resursları tələb olunur. Ən əsası isə cəmiyyət buna hazır olmalıdır”.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli deyib. O, bildirib ki, bank sahəsinin rəqəmsallaşacağı gözləniləndir:
“Dünya rəqəmsallaşmağa doğru gedir. Hətta gələcəkdə bir çox insititutların rəqəmsallaşması fonunda, bəzi sahələrin ya yox olması, ya da rəqəmsal mühiti adaptasiyası gözlənilir. Təbii ki, proqnozlara söykənsək, belə sahələrdən biri də bankçılıqdır. Amma bunun praktiki tətbiqi üçün bizim qarşımızda 2 məsələ durur. Birincisi, qanunvericiliklə bağlıdır. Yəni rəqəmsal bankçılığın qanunvericiliyə uyğunlaşdırılması lazımdır. Bunun üçün təbii ki, beynəlxalq təcrübə öyrənilməlidir. Amma sizə deyim ki, beynəlxalq təcrübədə belə bu çox deyil. Rəqəmsal bankçılığın yeni-yeni formaları tədricən əmələ gəlir”.
Ekspert qeyd edib ki, elektron bankçılığa keçid üçün bankların özündə müəyyən hazırlıq işləri görülməlidir:
“İkinci məsələyə gəldikdə, elektron bankçılığa keçid üçün bankların özündə müəyyən hazırlıq işləri görülməlidir. Bunun üçün müəyyən maliyyə resursları tələb olunur. Ən əsası isə cəmiyyət buna hazır olmalıdır. Bu 2-3 ilə formalaşacaq bir şey deyil. Kütləvi formada rəqəmsal bankçılığa keçid və ondan istifadə tədricən mümkün olacaq. Bu baxımdan, rəqəmsal bankçılığa keçid üçün nə qədər tez addımlar atsaq, bir o qədər yaxşı olar”.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “FİNTEX SAMMİT 2025" sammitində çıxışı zamanı bildirib ki, Maliyyə-bank sistemində yeni rəqəmsal dövrün başlanılmasında həlledici rol oynayacaq rəqəmsal bankların yaradılması diqqət mərkəzində saxlanılmalıdır.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı