Prezidentin köməkçisi Hikmət Hacıyev “Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana göndərib” tipli iddiaların uydurma olduğunu bəyan edib.
İran-İsrail müharibəsi fonunda Azərbaycan üçün əsas təhlükələrdə biri də bu cür dezinformasiya axınıdır. Belə iddiaların tirajlanmasında müxtəlif maraqlı tərəflər var: İran daxilində Azərbaycana qarşı mənfi münasibəti olan qruplar; Ermənistan mediası, o cümlədən, Qərbdə erməni diasporu/lobbisinin təsir edə bildiyi media orqanları.
Adətən bu cür dezinformasiyaların tirajlanmasında eyni taktikadan istifadə olunur: iddia əvvəlcə region, eləcə də Yaxın Şərq ölkələrində o qədər də populyar olmayan hansısa informasiya resursunda tirajlanır, daha sonra Qərb mediası “istinad” edərək yayımlayır və beləcə kampaniyaya çevirirlər. Bununla bağlı konkret nümunə kimi 2019-cu ildə İranın proksi qüvvələrindən olan Haşdi Şabi qruplaşmasına zərbə endirən İsrail dronlarının Azərbaycan ərazisindən qalxdığına dair kampaniyanı yada salmaq olar. Bu iddia Yaxın Şərqdə o qədər də tanınmayan media resurslarında yayımlanmışdı, daha sonra Ermənistan mediası gündəmə gətirdi və Qərb mediasında “istinad”la tirajlandı.
İran-İsrail qarşıdurmasında Azərbaycana qarşı bu cür feyklərin tirajlanması gözləniləndir. Dezinformasiya axınına qarşı hazırlıq olmalıyıq.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı