Azərbaycan İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.
BUTA.TV xəbər verir ki, İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsinə gətirib çıxarıb.
Əldə olunmuş məlumata əsasən, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında, ölkəmiz İran İslam Respublikasından təxliyyələrin həyata keçirilməsinə dəstək göstərir.
Görülən müvafiq tədbirlər nəticəsində, yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı