Biz artıq Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyirik.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
"Regionda daimi sülhün mövcudluğu hamının xeyrinə olacaq. Biz şadıq ki, Azərbaycan və Ermənistan arasında sülh artıq üfüqdədir və bundan məmnunuq. Bu prosesi yaxından izləyirik, lazımi töhfəni veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün də dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesini yaşayırıq. Həm sülhdən, həm də normallaşmadan ölkələrimizin fayda qazanacağını da görəcəyik. Odur ki, bununla bağlı zərrə qədər narahatlıq yoxdur.
O ki qaldı Zəngəzur mövzusuna... Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək.
Biz qonşumuz İranın bölgəmizdə sülhə və inkişafa xidmət edəcək bu addımları dəstəkləyəcəyini gözləyirik. Çox istərdik ki, onlar bu “qazan-qazan” prinsipindən faydalansınlar. Atılan hər bir addım, hər açılan qapı, dəhliz iqtisadi fayda ilə bərabər sonda ölkələri bir-birinə daha da yaxınlaşdıracaq”, - Türkiyə Prezidenti qeyd edib.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı