Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti ABŞ-ın Deyton şəhərində keçirilən NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edir.
BUTA.TV xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Ramid Namazov tədbir çərçivəsində son dövrlər ölkəmizə qarşı həyata keçirilən hibrid hücumlarla bağlı çıxış edib.
O, çıxışında ötən il dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçuş həyata keçirən təyyarənin faciəli qəzasından sonra ölkəmizə qarşı informasiya əməliyyatlarının aparıldığı, “Deepfake”lər və digər təqlidetmə texnologiyalarından istifadə olunmaqla saxta məlumatlar yayan şəbəkə ilə bağlı məlumat verib.
Ramid Namazov, eyni zamanda, cari ilin fevralında Azərbaycanın bir sıra media resurslarına qarşı həyata keçirilmiş kiberhücumlar barədə ətraflı danışıb, məsələnin Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası tərəfindən mayın 2-də təşkil edilmiş ictimai dinləmələrdə müzakirə olunduğunu vurğulayıb.
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video