Səudiyyə Ərəbistanı 2026-cı ildən bəzi otellərdə və diplomatik ərazilərdə məhdud spirtli içki satışına icazə verəcək.
BUTA.TV yerli mediaya istinadla xəbər verir ki, yalnız pivə, şərab və sidr (alma şərabı) kimi yüngül içkilər veriləcək.
“2030 vizyonu” çərçivəsində həyata keçirilən bu addım turizmi canlandırmaq və ölkəni qlobal hadisələrə açmaq məqsədi daşıyır. Səlahiyyətlilər bu təcrübənin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi Körfəz ölkələrində əldə edilən turizm uğurlarından ilham alaraq həyata keçirildiyini vurğulayıblar.
Qeyd edək ki, Ərəbistanda spirtli içki satışı 73 ildir qadağan edilib.
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video