İsrail səfirliyinin iki əməkdaşının yaxın məsafədən güllələndiyi Vaşinqtonda yəhudilərin tədbirində törədilmiş dəhşətli terror aktı bizi sarsıtdı.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial media paylaşımında bildirib.
“Həyatlarının ən yaxşı çağlarında olan Yaron və Sara gələn həftə nişanlanmalı idi. Mən Azərbaycan xalqına həmrəyliyinə, Azərbaycan hökumətinə isə bu gözəl ölkədə İsrail diplomatlarını və yəhudi icmasını qorumaq üçün göstərdiyi sarsılmaz öhdəliyinə görə təşəkkür etmək istəyirəm”, - diplomat qeyd edib.
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video