Biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV telekanalına verdiyi müsahibəsində səsləndirib.
Hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün münasib zamanın olub-olmaması ilə bağlı sualı cavablandıran Mirzoyan deyib:
“Əgər etiraz etmirsinizsə, bu suala bir qədər fərqli cavab verməyə çalışacağam. Hazırda bunun üçün uyğun vaxtdır deyə bilmərəm. Ola bilsin, heç vaxt ideal bir zaman olmayacaq, amma əminliklə deyə bilərəm və düşünürəm ki, türkiyəli və azərbaycanlı həmkarlarım da bunu təsdiqləyərlər: biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq. Mövcud vəziyyəti dəyərləndirsək, demək olar ki, biz sülhə və sabitliyə heç vaxt indiki qədər yaxın olmamışıq”.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...