Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan-Noel Barronun regional gərginlikdən narahatlığını ifadə etməsi ziddiyət təşkil edir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "X" sosial şəbəkəsində yazıb.
"Bu ikilik Fransanın ikiüzlülüyünü ifşa edir. Sülh sazişi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, sülh sazişinin imzalanması və davamlı sabitlik əsas məsələlərin həllini, xüsusilə Ermənistan Konstitusiyasında ərazi iddialarının həllini və sabitliyi pozan xarici müdaxilələrin, o cümlədən Fransanın dayandırılmasını tələb edir.
Bundan başqa, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törətmək təkcə daxili işlərə qarışmaq deyil, həm də bu cür cinayətlərə görə məsuliyyətə xələl gətirir", - o bildirib.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi