Şuşa şəhəri, Turşsu qəsəbəsi və 37 kənddən ibarət Şuşa rayonunun işğal olunması nəticəsində 16 299 nəfər dinc sakin didərgin salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.
O qeyd edib ki, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2 min 769 ədəd əmlak üzrə 391 milyon manatdan artıq maddi ziyan vurulub.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video