Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.
- Bakıda qadın onunla evlənmək istəməyən kişini ürəyindən vuraraq öldürdü - HƏSSAS GÖRÜNTÜLƏR
- Azərbaycanda DƏHŞƏT: Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü
- Vüqar Qurbanov direktoru işdən çıxardı
- İmamoğlunun həbsi Fransaya bəhanə verdi: Ərdoğana “hücum”…
- Zelenski öz otağında yanan Kremlin rəsmini asıb
- Azərbaycanlı mitinqdə sevgilisinə evlilik təklifi etdi - VİDEO
- Lavrov Mirzoyanla danışdı: Sülh müqaviləsi...
- Nazilə Səfərlidən QALMAQALLI AÇIQLAMA: "Gürcüstana toya gedən bəzi müğənnilər quldurlarla əlbirdir"