İran Prezidenti Məsud Pezeşkianın özünün X hesabında Şəhriyarın “Heydərbabaya salam” poemasından bir bənd paylaşması etirazla qarşılaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media şəbəkəsində məlumatlar yayılıb.
"Fəcr Film Festivalı təşkilatçıları və sənətçilərlə görüşümdə Şəhriiyarın ”Heydərbabaya salam” poemasından “ Heydərbaba, göylər bütün dumandı, Günlərimiz bir-birindən yamandı, Bir-birizdən ayrılmayın amandı!” bəndini oxudum. Bununla demək istədim ki, bu gün daha çox birliyə ehtiyacımız var və aramızda dağınıqlıq yaradılmasına icazə verməməliyik", - Pezeşkian yazıb.
Azərbaycanlı sosial media fəalları Pezeşkianı seçkiqabağı Azərbaycan dili ilə bağlı verdiyi vədləri ört-basdır etməkdə günahlandırıblar:
"Cənab Pezeşkian! Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq bu, heç bir dərdə dərman etmir. Yaxşı olardı ki, Konstitusiyanın 15-ci maddəsinin icrası və Urmiya gölünün bərpası ilə bağlı verdiyiniz vədləri yerinə yetirəsiniz", - paylaşımlarda qeyd olunub.
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - Foto
- Novruz çərşənbələri ilə bağlı əhaliyə xəbərdarlıq - Video
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO