AZAL-ın Rusiya tərəfindən vurulan təyyarəsi ilə bağlı materialların bu həftə açıqlanması gözlənilsə də, proses uzanır. Əslində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nizamnaməsinə görə, mülki təyyarə qəzalarının səbəbləri ilə bağlı ilkin hesabat bir ay müddətində dərc olunmalıdır. Dekabrın 25-də baş verən qəzadan bir ay 4 gün keçməsinə baxmayaraq, hesabat hələ açıqlanmayıb.
Problemin Rusiyadan qaynaqlandığı sirr deyil. Son günlər Rusiya mediası üzərindən Azərbaycana qarşı aparılan kampaniya da Kremlin məsuliyyətdən yayınmağa çalışdığını təsdiq edir. Təyyarənin vurulmasından sonrakı dövrdə Rusiya iki belə cəhd edib:
- vurulma faktının gizlədilməsi məqsədilə müxtəlif versiyalar tirajladılar;
- vurulma faktını gizlədə bilməyəndə məsuliyyətin bölüşdürülməsi gedişini etməyə çalışdılar.
Hər iki cəhd nəticə vermədi, hazırda Bakıya qarşı informasiya hücumları, səfirin Rusiya XİN-ə dəvət edilməsi və s. üçüncü – təzyiq cəhdidir. Buna paralel olaraq, diplomatik kanallarla müzakirələr də davam edir. Putinin xüsusi nümayəndəsi Titovun 27-28 yanvarda Bakıya səfəri də bu kontekstdə diqqət çəkir.
Görünür, günahkarları cəzalandırmaq və kompensasiya ödəmək istəməyən Rusiya məsuliyyətdən yayınmaq, yaxud ən azı bölüşdürməyin yollarını axtarır.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava