Rusiyanın Krasnodar vilayətinin keçmiş hakimi Yelena Xaxaleva Bakı hava limanında saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “İzvestiya”nın mənbəsi məlumat verib.
Bildirilib ki, Xaxaleva Bakıdan Dubaya uçmaq istəyərkən saxlanılıb. Artıq Rusiya tərəfinə Rusiya Federasiyasındakı ittihamları ilə bağlı sənədlər paketi tələb olunub. Azərbaycan müvafiq cavab aldıqdan sonra təqsirləndirilən şəxslə bağlı, o cümlədən ekstradisiya proseduru ilə bağlı qərar verəcək.
Qeyd edək ki, Rusiyada 17 may 2022-ci ildə Xaxalevaya qarşı dələduzluq və saxtakarlıq maddələri ilə cinayət işi açılıb . İstintaq Komitəsi hakimi 1 milyon rubl mənimsəməkdə şübhəli bilib. İyunun 10-da Xaxaleva qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.
- Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?