2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri həmin gecə transponderləri söndürərək sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonnasını müşayiət edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Caliber”in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Bakı o zaman məsələni açıq şəkildə təqdim etmək əvəzində, geri addım atmağı seçdi:
“Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxt haqlı olaraq onun qanuni hədəf olduğunu deyə bilərdi. Amma o, kişi kimi davrandı, üzr istədi, helikopterin təzminatı və həlak olanların ailələrinə kompensiyasiya ödənildi”.
“Caliber” 2023-cü il sentyabrında keçirilən antiterror əməliyyatları zamanı rus sülhməramlılarına məxsus avtomobilin atəşə tutulması ilə bağlı detalları da açıb:
“Rusiya sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilib ki, 2023-cü il sentyabrın 23-də antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq olub. Kontingentin böyük əksəriyyəti bu “çətin” tapşırığın öhdəsindən uğurla gəldi. Lakin xəbərdarlıqlara məhəl qoymadan və Azərbaycan tərəfinə məlumat vermədən bazanı tərk etmək qərarına gələn bir neçə zabit oldu. Döyüş şəraitində istənilən razılaşdırılmamış hərəkət edən avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, o zabitlər də məhz bu səbəbdən atəşə məruz qaldı. Amma onlara açıq-aydın bazada qalmaq təlimatı verilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və hadisə ilə əlaqəli şəxsləri məsuliyyətə cəlb etdi”.
Nəşr mənbələrinə istinadən yazır ki, əgər Rusiya məsələni ört-basdır etməyə çalışsa, istintaqın nəticələrini açıqlamasa, Azərbaycan məsələni beynəlxalq hüquqi müstəviyə çıxaracaq. Həmçinin Moskvanın məsuliyyətdən yayınması Bakı ilə münasibətlərdə qırılma nöqtəsinə səbəb olacaq. Rusiyanın onsuz da az sayda dost dövləti qalıb və tezliklə daha birini – Azərbaycanı itirmək riski ilə üzləşir.
- Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?