Astana AZAL-la bağlı rus təbliğatını darmadağın etdi

13:48 - 24 Yanvar 2025 - GÜNDƏM

 Astana AZAL-la bağlı rus təbliğatını darmadağın etdi

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bu gün açıqlayıb ki, Kremldən idarə olunan bəzi media resurlarında bir neçə gün öncə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir, hətta onların arasında böyük fərq var.

BUTA.TV xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu, Rusiyanın basqılarına baxmayaraq, Qazaxıstanın həqiqəti gizlətməyəcəyi deməkdir:

“Kremlə bağlı “Baza” resursunun yaydığı stenoqramlar manipulyasiya cəhdi idi - alınmadı, alınmayacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
Camal yüksək balla akademiyada oxuyubmuş...

Qeyd edək ki, “Baza” Teleqram kanalı və ona istinadla bir çox rusdilli media Bakı-Qroznı reysini yerinə yetirən və 25 dekabrda Aktau yaxınlığında qəzaya uğrayan təyyarəmizin pilotları ilə Qroznı, Mahaçqala və Aktau dispetçerlərinin danışıqlarını əks etdirdiyi iddiası ilə “stenoqram” yaymışdı. Stenoqramda Qroznı və Mahaçqaladakı dispetçerlərin guya AZAL təyyarəsinə eniş üçün icazə verdikləri “əks olunmuşdu”.

Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında “Pantsir”in hücumuna məruz qalıb və ciddi zədələnib. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau yaxınlığında zədələnməsi səbəbindən qəzaya uğrayıb. Təyyarədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol