Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
Baş nazirin müavini Qazaxıstan üçün “burada gizlədəcək bir məsələnin olmadığını” qeyd edib.
Onun sözlərinə görə, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir.
Baş nazirin müavini əlavə edib ki, onların arasında böyük fərq var.
“Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, - Kanat Bozumbayev vurğulayıb.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı