Ermənistan sülh gündəliyinin irəliləyişində beynəlxalq ictimaiyyətin dəstəyinə ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan region ölkələri ilə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir:
“Ermənistan müstəqilliyin ilk illərindən iqtisadi təcrid vəziyyətindədir, Türkiyə və Azərbaycanla sərhədləri bağlı qalır. Bu logistik şokları aradan qaldırmaq üçün Ermənistan hakimiyyəti “Sülh qovşağı” (“Dünyaların kəsişməsi”) layihəsini təklif edir ki, bu layihə təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələrinin qurulmasına, eləcə də İran və Gürcüstanla əməkdaşlığın dərinləşməsinə kömək etməlidir. Bu layihə Ermənistan ərazisindən yeni logistik marşrutların açılmasına kömək edəcək”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla davamlı sülh əldə etdikdən sonra bu layihə işə düşəcək:
“İrəvan bunun üzərində işləyir və Türkiyə ilə diplomatik əlaqələr qurur. Məndən tez-tez optimist, yoxsa pessimist olmağım barədə soruşurlar. Cavab verirəm: mən praqmatistəm. Tapşırıq həll olunana qədər işləməliyik”.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı
- Metroda qatarda texniki nasazlıq: hərəkət ləngidi
- ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü