Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə ölkələr və parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı əlaqələrimizin inkişafında siyasi təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək, xüsusilə prezidentlər səviyyəsində baş tutan qarşılıqlı səfərlərin münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində vacib əhəmiyyət daşıdığı vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Palatasının sədri Lorenzo Fontananı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barədə fikir mübadiləsi aparılıb.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı